AZ

"Respublika" və "Xalq" qəzetləri birləşdirildi -FƏRMAN

Azərbaycan Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısında dəyişiklik edilib.

 

Senzor.az bildirir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

 

Fərmana əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Prezidentin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

 

Həmçinin Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Prezidentin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

 

Qeyd olunub ki, İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzeti redaksiyasının bütün hüquq və öhdəlikləri, habelə əmlakı idarənin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçib.

 

“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı idarənin tabeliyində olan “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib.

Seçilən
10
49
senzor.az

10Mənbələr