Tanınmış bloqer Aynişan Quliyeva sosial media hesabında izləyicilərinin suallarını cavablandıraraq maraqlı açıqlamalar verib.
Yenisabah.az xəbər verir ki, o, həm şəxsi həyatına dair suallara cavab verib, həm də şəxsi fikirlərini bölüşdüyü mövzulara toxunub.
İzləyicilərin ona ünvanladığı “Siz zalda məşqçi ilə çalışırsınız, yoxsa təkbaşına məşq edirsiniz?” sualına bloqer təkbaşına məşq edirəm cavabını verib: Toyuqlu pizza
“Mən təkbaşına məşq edirəm. Artıq illərdir ki, idmanla məşğulam və bu müddət ərzində nəyin necə işlədiyini yaxşı öyrənmişəm. Hətta bəzən öz rəfiqələrimi də məşq etdirirəm – yəni deyə bilərəm ki, təcrübəm var”.
Digər bir izləyicinin verdiyi “Bizim insanlar niyə hamının həyatına müdaxilə etməyi sevir?” sualına isə o, insanlar həyatlarındakı boşluğu başqalarının seçimlərini müzakirə edərək, doldururlar, deyib:
“Bəzən insanlar başqalarının həyatına müdaxilə etməyi sevir, çünki öz həyatlarında yetərincə maraq və dolğunluq tapmırlar. Bu boşluğu isə başqalarının seçimlərini müzakirə və mühakimə etməklə doldurmağa çalışırlar. Elə davranırlar ki, sanki bizim onlara hər şeyi izah etməyə borcumuz var”.
Aydan Hacı
Telegram kanalımız