EN

Pentaqondan İranın nüvə obyektlərinin məhv edilməsinə İNAMSIZLIQ

Yazını böyüt
Yazını kiçilt

"ABŞ Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Hərbi Təhlükələrin Azaldılması Agentliyi (DTRA) hələ də ABŞ Hərbi Hava Qüvvələrinin iyunun 22-də İranın nüvə obyektlərinə endirdiyi zərbələrin tam uğurlu nəticə verdiyini təsdiq edən məlumatlara malik deyil".

Hafta.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) iki yüksək rütbəli rəsmi şəxsə istinadən məlumat yayıb. Bildirilir ki, "GBU-57" tipli bunker əleyhinə bombaların hədəflərə lazım olan dərinlikdə çataraq obyektləri tam məhv edib-etmədiyi hələlik məlum deyil, agentlikdə əməliyyatın qəti uğurla nəticələndiyini təsdiqləyən dəqiq sübutlar yoxdur.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi daha əvvəl bəyan etmişdi ki, İran nüvə proqramının bəzi komponentlərini qoruyub saxlayıb və bir neçə ay ərzində uranın zənginləşdirilməsinə yenidən başlaya bilər. Onun sözlərinə görə, İranın Fordo, Natanz və İsfahan şəhərlərində uranın işlənməsi, çevrilməsi və zənginləşdirilməsi ilə bağlı infrastruktur böyük ölçüdə dağıdılsa da, bir hissəsi hələ də qalır.

CNN telekanalı iyunun 24-də xəbər vermişdi ki, ABŞ kəşfiyyatı zərbələrin İranın nüvə proqramının əsas komponentlərini tam məhv etmədiyi, yalnız Tehranın nüvə bombası əldə etməsini bir neçə ay gecikdirdiyi qənaətindədir. Bu ilkin dəyərləndirmə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi tərəfindən hazırlanıb. Lakin qurum özü bu nəticələrin aşağı dərəcədə dəqiqlik ehtimalı ilə irəli sürüldüyünü bildirib.

Chosen
9
1
hafta.az

2Sources