EN

Bir qrup PKK-lı bu gün silahı yerə qoyub

13:15

Bir qrup PKK-lı bu gün silahı yerə qoyub, Bu barədə “CNN Türk” xəbər verib.

Qeyd edək ki, Türkiyə yarım əsrlik terror bəlasından xilas olur. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının təşəbbüsü və prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli mövqeyi ilə dəstəklənən “Terrordan Azad Türkiyə” hədəfi son mərhələyə qədəm qoyub.

Daha əvvəl dağıldığını elan edən PKK tərksilah etməyə başlayıb.

Türkiyə və İraqdan çoxlu sayda mətbuat mənsubları, yazıçılar və siyasətçilər təşkilatın tərksilah prosesini izləmək üçün Süleymaniyyədən 70, Ərbildən 120 kilometr uzaqlıqda Kürdüstan Yurdsevərlər Birliyinin nəzarətində olan Dukan rayonunda toplaşıb.

Dukan gölü yaxınlığındakı bir otelin qarşısında toplanan mətbuat mənsublarına verilən məlumata görə, bu gün ilk terror qruplaşmasının silahlarını yerə qoyması ilə tarixi addım atılacaq.

Təşkilatın tam tərksilah prosesinin sentyabrın sonunadək başa çatdırılması gözlənilir.

Chosen
34
veteninfo.az

1Sources