Kürdəmirdə magistral su boru xətti partlayıb, 21 min nəfərin su təminatı dayanıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Bəhtəmtəpə yolunun 22-ci km-də rayonun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki,qəza zamanı magistral 500 milli diametrlik borunun 2 metrlik hissəsi partlayıb.
Hadisə yerinə Kürdəmir rayon su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir.