EN

Əgər savad varsa yüksək nəticə də olacaq - 97 bal toplayan MÜƏLLİM

Xəbər verdiyimiz kimi, iyulun 8-də kimya müəllimləri üçün müəllimlərin işə qəbulu üzrə test imtahanı həyata keçirilib.

Belə ki, iştirakçılar arasından yüksək bal toplayanlardan biri də Gülnarə Dadaşovadır. O, imtahandan 97.5 bal toplayıb.

AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

20 illik pedaqoji təcrübəyə malik olan Gülnarə müəllim imtahandan suallarından tam razı olduğunu dilə gətirib:

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin (bakalavr) kimya-biologiya ixtisası, Bakı Dövlət Universitetinin (magistratura) isə biologiya ixtisası üzrə təhsil almışam. Hazırda Mübariz İbrahimova adına Biləsuvar bağça-lisey -məktəb kompleksində kimya müəllimi kimi fəaliyyət göstərirəm. 20 ildir ki, pedaqoji fəaliyyət göstərirəm.

Keçən il MİQ imtahanından 90 bal toplayıb region üzrə kimya müəllimləri içərisində birinci idim. Bu il isə 97.5 bal topladım. Yaşadğımız ərazidə fəaliyyətimi davam etdirmək istəyirəm. 

İmtahan haqqında qeyd edim ki, tam şəffaf və obyektiv keçirildi. Həm keçənilki, həm də bu il yüksək səviyyədə təşkil edilmişdi. Suallar balanslı şəkildə düşmüşdü. Yəni asan, orta və bir qədər də mərhələli suallar var idi. Ciddi bir çətinlik görmədim. Kurikulumda mətn cəhddən uzun suallar var idi və bu da müəyyən qədər vaxt aparırdı.

Lakin ümumi olaraq hamsı məntiqə əsaslanan suallar idi. Suallardan tam razıyam.Düşünürəm ki, təcrübəli müəllim imtahanı suallarını rahatlıqla cavablandıra bilər. İmtahana özüm hazırlaşmışam.. Məzunlarımın əksəriyyəti yüksək ali məktəblərdə təhsil alırlar. Həmçinin şagirdlərim yüksək bal toplayıb olimpiadalarda yer tuturlar. Yəni bu sahə üzrə illərdir ki, işləyirəm. Ona görə də özümdən əmin idim ki, yüksək bal toplacağam.

MİQ üzrə keçirilən imtahanın formatı xoşuma gəlir. Ola bilər ki, gələn ildə iştirak etdim.Əgər bir müəllimin savadı varsa, müntəzəm olaraq öz üzərində çalışırsa o müəllimin yüksək bal toplamamaq şansı yoxdur. İmtahan elə qaydada təşkil olunur ki, savadı olan müəllim mütləq ki, yüksək bal toplayacaq".

Chosen
12
azedu.az

1Sources