İyulun 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +20 dərəcədən +25 dərəcəyədək, gündüz +35 dərəcədən +39 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.