EN

Azərbaycandan Çinə pul köçürmələri 2 dəfə azalıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycandan Çinə fiziki şəxslərin pulköçürmələrinin həcmi 1,361 milyon ABŞ dolları təşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bugöstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,360 milyon ABŞdolları və ya 2 dəfə azdır. 2024-cü ilin birinci rübündəAzərbaycandan Çinə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,721milyon ABŞ dolları təşkil etmişdi.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrindəÇinin payı 1,2% olub.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dollarıvə ya 14,3% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstəriciilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Chosen
4
10
az.trend.az

10Sources