EN

PKK silahı yerə qoymağa başlayıb

PKK terror təşkilatının bir qrupu İraqın Süleymaniyyə bölgəsində tərksilah olmağa başlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, silah buraxma prosesi Türkiyə tərəfinin iştirakı və nəzarəti ilə baş tutur.
Qeyd edək ki, iki gün əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib.
İmralıdan videobağlantı vasitəsilə PKK üzvlərinə müraciət edən Öcalan onları dərhal tərksilah prosesinə başlamağa çağırıb.
“Mən silahın gücünə deyil, siyasətin gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram”, - PKK lideri açıqlamasında deyib.
Öcalan qeyd edib ki, Kürdüstan Fəhlə Partiyası (PKK) milli dövlət yaratmaq məqsədindən əl çəkərək, əsas hərbi strategiyasından da imtina edib və mövcudluğunu bitirib.
Qeyd edək ki, bundan əvvəl də PKK lideri tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib. DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparır. Türkiyə Prezidenti də DEM Partiya heyətini bir neçə dəfə qəbul edib.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.
Chosen
4
12
sherg.az

10Sources