EN

"Unicapital”ın dövriyyəsində davamlı azalma - 580 milyonu ötdü

“Unibank”a aid şirkətin Bakı Fond Birjası üzrə dövriyyəsində azalma 580 milyon manatı ötüb. 

Valyuta.az xəbər verir ki, söhbət "Unicapital İnvestisiya Şirkəti"ndən gedir. 

Belə ki, investisiya şirkətinin bu ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 4359 əqd üzrə 1,19 mlrd. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 32,8% və ya 580,1 mln. manat azdır. Halbuki, şirkətin 2024-cü ilin eyni dövründə daxili birja dövriyyəsi 2459 əqd üzrə 1,77 mlrd. manata bərabər olmuşdu. 

"Unicapital”ı dövriyyəsinin bir əqd üzrə orta dəyəri 272,3 min manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisə edildikdə 62% azalma deməkdir.

İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və korporativ istiqrazlar təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 397,6 milyon manatı korporativ istiqrazların, 697,18 milyon manatı repo əməliyyatlarının payına düşüb. Portfeldə dövlət istiqrazlarının payı 77,4 milyon manat, AMB-nin notları 12,25 milyon manat, səhmlər isə 2,49 milyon manat təşkil edib.  

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb və “Unibank”ın törəmə şirkətidir. Şirkətin qanuni təmsilçisi isə Vüqar Namazovdur.

Nara

Chosen
3
1
valyuta.az

10Sources