AZ

Çin "TikTok"un ABŞ üçün xüsusi versiyasını hazırlayır

"ByteDance" şirkəti 5 sentyabr tarixində "TikTok"un ABŞ üçün nəzərdə tutulmuş yeni, eksklüziv versiyasını istifadəyə verəcək. Bu addım ABŞ qanunvericiliyinə uyğunlaşmaq və milli təhlükəsizliklə bağlı narahatlıqları aradan qaldırmaq məqsədi daşıyır. 

Valyuta.az xəbər verir ki, barədə "The Information" nəşri məlumat yayıb.

Yeni tətbiq şirkət daxilində M2 kod adı ilə tanınır. Onun təqdim olunduğu gün mövcud "TikTok" tətbiqi - daxildə M kimi tanınan versiya – ABŞ-ın tətbiq mağazalarından silinəcək. İstifadəçilərə platformadan istifadəni davam etdirmək üçün yeni versiyanı yükləmək təklif olunacaq.

ABŞ istifadəçiləri üçün "TikTok"dan istifadəni davam etdirmək istəyən şəxslər 2026-cı ilin mart ayına qədər bu yeni versiyaya keçməlidirlər. Bu tarixdən sonra indiki tətbiq işləməyəcək.

Məqalədə qeyd olunur ki, "Apple"ın qaydalarına əsasən, tərtibatçılara eyni "App Store" kartı daxilində regional tətbiq versiyaları təqdim etmək icazə verilmir. Buna görə də "TikTok" M2 tətbiqini ayrıca, yeni identifikatorla təqdim etmək məcburiyyətində qalıb. Keçid prosesində bütün istifadəçi məlumatları ABŞ ərazisində yerləşən infrastruktur üzərinə köçürüləcək.

Bu qərar ABŞ Konqresinin qəbul etdiyi və "ByteDance" şirkətini ya "TikTok"un ABŞ-dakı aktivlərini satmağa, ya da tətbiqin ölkədə tam qadağan olunması riski ilə üzləşməyə məcbur edən qanundan sonra verilib. Gözlənilir ki, yeni Amerika versiyası "Oracle" şirkətinin də daxil olduğu ABŞ-lı sahiblər qrupu tərəfindən idarə olunacaq.

Paşa Məmmədli
 

Seçilən
15
50
valyuta.az

10Mənbələr