EN

Sabah hava çox isti olacaq – PROQNOZ

İyulun 12-də gözlənilən hava şəraiti açıqlanıb.

NOCOMMENT.az Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

 Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz  bəzi dağlıq ərazilərdə qısamüddətli  az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturugecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Chosen
13
49
nocomment.az

10Sources