EN

Azərbaycanda “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası MaliyyəMonitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi”informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıraməsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, Azərbaycan RespublikasıMaliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi”informasiya sistemi yaradılıb.

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəliəməliyyatların monitorinqi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəligələn məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsinəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərininformalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsiQaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzitədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ciil 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəligələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti “Şübhəliəməliyyatların monitorinqi” informasiya sistemininformalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili vəinkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli; “Cinayət yoluilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğunmaliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AzərbaycanRespublikası Qanununun 11.8-ci maddəsi nəzərə alınmaqla, AzərbaycanRespublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iləbirlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumətbuludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”ndayerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin“Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektronxidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiyasistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlərgörməlidir.

Chosen
17
27
az.trend.az

10Sources