EN

Şənbə günü hava necə olacaq?

ain.az, Operativ MM saytına istinadən bildirir.

Bakıda və Abşeron yarımadasında iyulun 12-də havanın yağmursuz olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturugecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
49
operativmm.az

10Sources