EN

Mediamızın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərir - Əhməd İsmayılov

Bakı. Trend:

Milli mətbuatımızın 150 illik tarixinə nəzər saldıqda birmənalışəkildə vurğulamaq lazımdır ki, mətbuat Azərbaycan tarixində birfenomenal nümunə kimi yaranıb.

Trend xəbərverir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçıdirektoru Əhməd İsmayılov “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə”mövzusunda Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

İcraçı direktorun sözlərinə görə, oxşar prosesləri dünyajurnalistika tarixi kontekstində izlədikdə görürük ki, jurnalistikaayrıca bir peşə kimi kapitalist münasibətlərinin inkişafı, sənayeinqilablarının nəticəsi olaraq formalaşıb, Azərbaycanda isə buproses tamam fərqli məcrada gedib. “Əkinçi”dən başlamış digər milliqəzetlərimizi nəşr edən o dövrün gənc şəxsiyyətlərinin məqsədiyalnız milləti maarifləndirmək və dünyəvi məktəblərin yaradılmasıuğrunda mübarizə olub.

Ə.İsmayılov bildirib ki, Azərbaycan mətbuatı bütün dövrlərdəkəskin senzura altında fəaliyyət göstərməyə məcbur olub:

“Təbii ki, belə şərait jurnalistikanın öz funksiyasını tamyerinə yetirməsi üçün ciddi maneə hesab olunurdu. Yalnız 1998-ciildə Ulu Öndər Heydər Əliyevin tarixi qərarı ilə senzuranın aradanqaldırılması nəticəsində Azərbaycan müstəqil mətbuat ənənələri dahada möhkəmlənməyə başladı. Prezident İlham Əliyev media sahəsindəinkişafı sözün əsl mənasında müstəqil medianın gücləndirilməsindəgördüyünü dəfələrlə vurğulayıb”.

MEDİA rəsmisi əlavə edib ki, son 5 ilə yaxın dövr ərzindəölkəmizdə həyata keçirilən media islahatlarının əsas məqsədi dəAzərbaycanın informasiya mühitinin qorunması, jurnalistikamızınpotensialının gücləndirilməsidir.

“Biz artıq media islahatlarının ilkin nəticələri barədə danışavə əminliklə vurğulaya bilərik ki, mediamızın işində ciddikeyfiyyət dəyişikliyi özünü göstərməkdədir. Düşünürük ki, mediaislahatlarının böyük töhfələrindən biri də dövlətin gənclərin mediasahəsinə marağının formalaşması prosesini dəstəkləməsidir”, - deyəo fikrini tamamlayıb.

Chosen
35
6
az.trend.az

8Sources