EN

Ukraynanın yenidən qurulması üçün 10 milyard avro veriləcək

İyulun 10-11-də Romada Ukraynanın müharibədən sonrakı bərpasına dair dördüncü beynəlxalq konfrans zamanı iştirakçı ölkələr Kiyevə dəstək üçün 10 milyard avroya yaxın vəsait ayırmağı vəd ediblər. Vətəninfo.az-ın  “DW”yə istinadən verdiyi məlumata görə , bu barədə iyulun 10-da İtaliyanın baş naziri Giorgi Meloni bildirib.

 

“Düşünürəm ki, biz bu gün birlikdə əldə etdiyimiz nəticə ilə fəxr etməliyik. Bu, hamının birgə işidir: dövlətlər, beynəlxalq təşkilatlar, maliyyə institutları, yerli hökumətlər, biznes sektoru və vətəndaş cəmiyyətinin. Bugünkü konfransda biz birlikdə 10 milyard avrodan çox öhdəlik götürmüşük”, – Meloni vurğulayıb.

İtaliyanın baş naziri həmçinin Ukraynada rus qoşunları tərəfindən mədəni sərvətlərin məhv edilməsini sərt tənqid edərək, kilsə və muzeylərin ümumi Avropa irsinin bir hissəsi olduğunu vurğulayıb. Meloni bu mədəni strukturların bərpa olunacağına söz verib.

Chosen
53
veteninfo.az

1Sources