EN

Putin işdən çıxarandan sonra intihar edən nazir belə basdırılacaq: Kilsə tələb edir

Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt dəfn mərasimi olmadan və xaç qoyulmadan dəfn ediləcək.

Publika.az xəbər verir ki, bu barədə “Starhit” kilsə dairələrindəki anonim mənbələrə istinadən məlumat yayıb.

Vida mərasiminin keçirildiyi Moskva Mərkəzi Klinik Xəstəxanasında keşiş qısa dua ilə məhdudlaşıb. Tam dəfn mərasimi keçirilməyib - pravoslav ənənəsinə görə, bu ayin intihar nəticəsində ölənlər üçün yerinə yetirilmir.

Nəşrin məlumatına görə, Sankt-Peterburqdakı Smolenskoye qəbiristanlığında Starovoytun məzarı üzərinə xaç və digər dini simvollar olmayan neytral lövhə quraşdırılacaq. Cəsəd döş xaçı və kəfən olmadan basdırıla bilər, bu da belə hallarda kilsə qanunlarına uyğundur.

Chosen
13
publika.az

1Sources