EN

Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat olub

Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə yeni təyinat olub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, müvafiq əmrlə Həbib Musaxan oğlu Həbibov Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Həbib Həbibov müxtəlif vəzifələrdə işləyib və bu təyinata kimi Masallı Rayon İcra Hakimiyyəti başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

©oxu.az

Chosen
6
6
valyuta.az

7Sources