AZ

Masallı şəhər ərazi nümayəndəliyinə təyinat » AzadMedia.az


Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə yeni təyinat olmuşdur.

Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun 10.07.2025-ci il tarixli müvafiq Sərəncamı ilə Həbibov Həbib Musaxan oğlu Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur.

Qeyd edək ki, Həbib Həbibov müxtəlif vəzifələrdə işləmiş və bu təyinata kimi Masallı Rayon İcra Hakimiyyəti başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır.
Seçilən
3
6
azadmedia.az

7Mənbələr