EN

Pakistanda silahlı şəxslər avtobusda 9 sərnişini öldürüblər

Bakı. Trend:

Silahlı şəxslər Pakistanın Bəlucistan əyalətində avtobusda 9sərnişini öldürüblər.

Trend xəbərverir ki, hadisə Bəlucistanın Zhob şəhəri yaxınlığında başverib.

Cinayətkarlar iki avtobusu saxlayıb, 9 sərnişini qaçırıblar.Sərnişinlərin meyitləri dağlıq ərazidə aşkar edilib.

Təhlükəsizlik qüvvələrinin səylərinə baxmayaraq, silahlı şəxslərqaranlıqdan istifadə edərək qaça biliblər.

Bölgədə genişmiqyaslı axtarış əməliyyatı aparılır.

Ölkənin Baş naziri Şahbaz Şərif və daxili işlər naziri MöhsinNəqvi hadisəni təsdiqləyib və qətli qətiyyətlə pisləyiblər.

Chosen
31
2
az.trend.az

4Sources