EN

Milli Aviasiya Akademiyasında “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda Elmi Seminar keçirilib (FOTO)

Bakı.Trend:

Milli Aviasiya Akademiyasında (MAA) “Hərbi təcavüz və işğalnəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda ElmiSeminar keçirilib.

Seminarı giriş sözü ilə açan Akademiyanın birinci prorektoru,professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Paşayevinsalamlarını tədbir iştirakçılarına çatdıraraq uğurlararzulayıb.

O, akademiyanın yaranma tarixi, əsas fəaliyyət istiqamətləri,müasir infrastrukturu, təhsil və təlim prosesi barədə məlumatverdi. Sonra ETN İqtisadiyyat İnstitutunun baş direktoru, professorNazim Müzəffərli “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərinqiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib.

Məruzəçi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü vəərazilərimizi işğal etməsi nəticəsində vurulmuş zərərinhesablanması üçün hazırlanmış metodologiya barəsində geniş məlumatverdi. Qeyd etdi ki, 2023-cü ildə Nazirlər Kabinetinin qərarı ilədəymiş zərərin qiymətləndirilməsi üzrə yaradılan DövlətKomissiyasının hesabatının hazırlanmasında İşçi qrupla yanaşıİqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı da iştirak edib.

Məruzəçi dəymiş mənəvi və maddi (insan, daşınar və daşınmazəmlak, iqtisadi itkilər, minalarla çirkləndirilmənin ətraf mühitəvurduğu zərərin) hesablanması və qiymətləndirilməsininmetodologiyası, alət və üsullarını təhlil etdi.

Yeni metodologiya əsasında qiymətləndirməyə görə, Ermənistanınişğal nəticəsində Azərbaycana vurduğu zərərin ümumi həcmi təqribən250 milyard manat (150 milyard ABŞ dolları) qədərdir. SondaN.Müzəffərli iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, tədbirə Milli Aviasiya Akademiyasınnın (MAA), Elmvə Təhsil Nazirliyi (ETN) İqtisadiyyat İnstitutunun bir qrupəməkdaşı, UNEC-in, İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin tədqiqatçıları qatılıblar.

Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Chosen
9
4
az.trend.az

5Sources