EN

Neftimizin bu günə olan QİYMƏTİ

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.


Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,62 ABŞ dolları, yaxud 2,13 % azalaraq 74,4 ABŞ dolları təşkil edib.Qeyd edək ki, ötən gün neftimiz 76,02 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Chosen
19
32
manset.az

10Sources