EN

39 yaşlı tanınmış hücumçu yeni klubu ilə “nigah” bağladı

“Fənərbaxça” ilə yollarını ayıran Edin Cekonun karyerasını davam etdirəcəyi klub müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı bosniyalı hücumçu “Fiorentina”ya transfer olub.

Bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli forvardla bir illik müqavilə imzalanıb.

Ceko daha əvvəl İtaliyada “Roma” və “İnter” klublarının da formasını geyinib.

Chosen
42
49
sportinfo.az

10Sources