EN

Netanyahu: "Güc tətbiqinə də hazırıq"

İsrail Qəzza zolağındakı münaqişənin diplomatik yolla həllinə razıdır.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri çərçivəsində bildirib.

Netanyahu qeyd edib ki, İsrail anklavda 60 günlük atəşkəsə razılıq verir, lakin eyni zamanda HAMAS hərəkatının hakimiyyətdən uzaqlaşdırılması və bölgənin tamamilə silahsızlaşdırılmasında israrlıdır.

Baş nazir vurğulayıb ki, əgər diplomatik həll mümkün olmazsa, İsrail bu məqsədlərə hərbi yolla nail olmağa çalışacaq.

Netanyahunun israillilərə ünvanladığı videomüraciəti Baş nazirin ofisi tərəfindən yayımlanıb.

"Cebheinfo.az" 

Chosen
12
3
cebheinfo.az

4Sources