EN

“Fənərbağça” “Arsenal”ın futbolçusu ilə anlaşdı

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Arsenal”ın oyunçusu Leandro Trossard ilə anlaşıb. Türkiyə təmsilçisi futbolçunu razı salmağı bacarıb.

Hazırda klub danışıqları davam etdirir. London klubu Tossard üçün 20 milyon avro təzminat tələb edir. İstanbul təmsilçisi isə bu məbləğin yüksək olduğunu düşünür.

Futbolçunun “Arsenal”la iki illik müqaviləsi var.

Chosen
23
idmanxeber.az

1Sources