EN

Azərbaycan nefti 2 %-dən çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,62 ABŞ dolları, yaxud 2,13 % azalaraq 74,4 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,59 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,65 ABŞ dolları və ya 2,2 % azalaraq 73,18 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Chosen
23
49
aznews.az

10Sources