EN

Mertz: Rusiya Ukraynaya dəymiş ziyanı kompensasiya edənə qədər dondurulmuş aktivlərinə çıxışı olmayacaq

Rusiya Ukraynaya silahlı hücumun vurduğu zərəri kompensasiya edənə qədər dondurulmuş dövlət aktivlərinə daxil ola bilməyəcək. Vətəninfo.az-ın  “DW” yə istinadən verdiyi xəbərə görə , bu barədə Almaniya kansleri Fridrix Merz məlumat verib.

Merzin sözlərinə görə, dəymiş ziyanın ümumi məbləği hazırda 550 milyard avro qiymətləndirilir, Kiyevin məlumatına görə, Ukraynanın yenidən qurulması üçün lazım olan xərclər 850 milyard avronu ötür.

Hələ 2022-ci ilin fevralında Qərb Rusiya Mərkəzi Bankının ümumi məbləği 260 milyard avrodan çox olan aktivlərini dondurdu. Bu məbləğin böyük əksəriyyəti, təxminən 190 milyard avrosu Belçikanın Euroclear-da, qalanı isə ABŞ-da saxlanılır.

Chosen
39
veteninfo.az

1Sources