EN

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bakı. Trend:

12–13 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinintabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığıilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baştutacaq.

KTN-dən Trend-əbildirilib ki, yarmarkanın məqsədi yerli fermerlərə dəstəkgöstərmək, onların məhsullarının satış imkanlarını artırmaq vəşəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təminetməkdir.

Tədbirdə 20-yə yaxın regiondan 50-yə qədər fermer iştirakedəcək. Onlar 150-yə yaxın çeşiddə kənd təsərrüfatı və qidaməhsulunu birbaşa satışa çıxaracaqlar.

Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti iləbağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyətgöstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsullarıanaliz etdirə bilərlər.

Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanovrayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metrostansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi vədigər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Chosen
7
26
az.trend.az

10Sources