EN

Məhkəmə energetik içkilərin satışını həyata keçirən şirkət əməkdaşı ilə bağlı qərarı açıqladı

 Gəncə Apellyasiya Məhkəməsində mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Taleh Qəfərovun (soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Taleh Qəfərov energetik içkilərin satışı ilə məşğul olan şirkətlərdən birinin əvvəl Gəncə, sonra Qazax filialı üzrə əməkdaşı olub. O, çalışdığı müddətdə şirkətin ümumilikdə 198 898,19 manat pulunu mənimsəyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Qəfərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 11 İyul 2025, 09:16   
Chosen
15
1
pravda.az

2Sources