Göyçayda 3 otaqlı ev yanıb.
Redaktor.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, rayonunun Mollahacılı kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.