EN

Bitkoin tarixi maksimumunu yenilədi


Bitkoinin qiyməti tarixi maksimumunu yeniləyərək 116 min dolları keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Binance” platforması məlumat yayıb.
Bakı vaxtı ilə saat 01:20-yə olan məlumata görə, kriptovalyutanın qiyməti 4,5% artaraq, 116 min 173  dolara çatıb.
Bakı vaxtı ilə saat 01:39-da bitkoinin artımı sürətlnərək, 116 min 250 dollar (+4,7%) səviyyəsində olub.
Əvvəlki tarixi maksimum iyulun 10-da Bakı vaxtı ilə saat 20:10-da qeydə alınıb . Belə ki, bitkoinin qiyməti 3,5% artaraq 113 min dollar həddini keçib.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyni adlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Chosen
12
yeniavaz.com

1Sources