EN

“Sabah” nəyə ümid edə bilər? TƏHLİL

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Çelye”nin tarixi belə “Sabah”la müqayisəyə gəlməz, nəinki avrokubok təcrübəsi. Onsuz püşkatmanın nəticəsi bilinəndə əksər rəylər – “Sabah” üçün ən çətin rəqib çıxdı məzmununda idi.

Avrokuboklarda 1/4 final oynamış rəqibə qarşı mümkün ən real addım emosional tonusun yüksəkdən qurulması idi ki, “bayquşlar” bunu ilk hissənin ilk yarısında yaxşı edə bildi. Lakin “Çelye” meydanın hər qarışı uğrunda mübarizədən çəkinmədi. Hətta bəzən 4-5 oyunçu ilə “bayquşlar”ın cərimə meydançası həndəvərində pressinq qururdular.

Hesabı təmsilçimiz açsa da, funksional hazırlığın natamam qurulması çox sayda boşluq yaratmışdı. Buna görə də rəqib hesabı qısa müddətdə bərabərləşdirdi, oyunda üstünlüyü böyük ölçüdə ələ keçirdi. Hətta əvəzetmələri də əsasən tempin düşməməsinə hesablamışdı.

Bir sözlə, özünü səfərdəymiş kimi aparmayan Sloveniya təmsilçisi aqressiv futbol, dominantlıq cəhdləri və uğurlu kompakt oyunu hesabına qələbə qazandı 3:2.

Ancaq rəqibin lehinə gördüyümüz bütün komponentlər zərərsizləşdirilə bilər.

Necə?

“Çelye” hazırkı hazırlıq səviyyəsinə görə “Sabah”dan aşkar üstün görünür. Lakin fərdi keyfiyyətlər baxımından təmsilçimizdə Mikels, Sekidika, Xəyal və s. daha keyfiyyətli futbolçular var. Texniki zənginlikləri bu oyunçuları rəqibə qarşı təhlükəli silaha çevirə bilər.

“Sabah” pressinq edərkən “Çelye”nin oyun quruculuğu zədələnirdi, sarsılırdı. Dəfələrlə Mikelsin reydləri qarşısında aciz qaldıqlarını gördük. Ümumən, qol epizodlarında və real hücum quruluşlarında təmsilçimiz daha keyfiyyətli idi. Sadəcə, 20 gün əvvəl təyin olunan Dambrauskas ekstra nəsə edə bilmədi, həm komandanın fiziki və funksional hazırlığı ürəkaçan deyil.

Məhz rəqibin əsas güc mərkəzinə uğurlu “müdaxilələr” və pressinq formatını oyunboyu arabir də olsa tətbiq edə bilsə, “Sabah” mərhələni adlaya da bilər. Çətindir, ancaq mümkündür. Bunun üçün ən əvvəl;

– rəqibi meydanın mərkəzində topsuz qoymağa nail olmaq, topla olanda isə pressinq etmək kifayət edir. Sırf sistem komandası olduğu üçün bu futbola qarşı panika yaşayır və belədə fərdi keyfiyyətlərilə qabaran oyunçuları olmadığı üçün bariz boşluqlar buraxır, səhvlərə yol verir.

Oyunsonrası konfransda Dambrauskas da iddialı danışıb. Hər halda, döyüşü uduzub, müharibəni isə yox – bu, belədir. Ancaq döyüşdəki kimi hazırlıq olsa, müharibəni udmaq mümkün olmayacaq. Rəqibi qələbə münasibətilə təbrik edən Dambrauskas təbrik qazanmağı da bacarmalıdır, yoxsa bura gəlişinin faydası/mənası nə?…

Kamil Əhməd

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
1
futbolpress.az

2Sources