EN

“Sabah”ın potensial rəqiblərinin oyununda “Partizan” uduzdu

Avropa Liqasının (AL) II təsnifat mərhələsində “Sabah”ın potensial rəqiblərinin oyununda meydan sahibləri qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə Kiprdə “AEK Larnaka” Sebiya “Partizan”ını 1:0 hesabı ilə məğlub edib.

Oyunun taleyini həll edən yeganə qolu 67-ci dəqiqədə Enzo Kabrera vurub.

“Sabah” Bakıda Sloveniyanın “Tsele” klubuna 2:3 hesabı ilə uduzaraq, mərhələ adlamaq şanslarını çətinə salıb.

AL-in I təsnifat mərhələsinin cavab oyunları iyulun 17-də keçiriləcək.

Chosen
38
2
sportinfo.az

10Sources