"Turan Tovuz" növbəti transferini gerçəkləşdirib.
"Football-plus.az" bölgə təmsilçisi Abdulla Rzayevi heyətinə qatıb. “Sabah”a məxsus olan cinah müdafiəçisi icarə əsasında "Turan Tovuz"un şərəfini qoruyacaq. “Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geymiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Turan Tovuz" daha öncə David Oliveyra Tavareşin transferini reallaşdırıb.