EN

Trampın ətrafında BÖLÜNMƏLƏR BAŞLADI ŞOK SƏBƏB KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı ritorikasını sərtləşdirməsi onun komandasında fikir ayrılığına səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə Semafor nəşri məlumat yayıb. Bildirilir ki, bəzi müşavirlər bunu danışıqlar üçün hazırlanmış taktiki planın bir hissəsi kimi görür, digərləri isə Trampın Rusiya ilə bağlı mövqeyində real dəyişiklik baş verdiyini düşünür.

Trampa yaxın mənbə nəşrə açıqlamasında deyib: “Həm Putin, həm də Zelenski başa düşməlidir – əgər geri çəkilməsələr, hər şey mümkündür.”

Müşahidəçilər hesab edirlər ki, Trampın bu cür ritorikası həm Moskvaya, həm də Kiyevə psixoloji təzyiq vasitəsi kimi istifadə olunur və onun mümkün prezidentliyi zamanı hansı siyasəti yürüdəcəyinə dair siqnallar verir.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
1
konkret.az

2Sources