EN

“Sabah”ın baş məşqçisi məğlubiyyətdən danışdı

Qələbə münasibətilə rəqibi təbrik edirəm. Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür düşür.

"Unikal" xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Selye” komandasına 2:3 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

O, yeni mövsümün ilk rəsmi oyununda məğlubiyyət yaşamaqlarının məyusedici olduğunu bildirib: "Lakin bugünkü səhvlərdən dərs çıxaracağıq. Rəqibimiz də yaxşı komandadır. Lakin onlar haqqında kifayət qədər məlumatımız yox idi. Hazırlıq dövründə bir yoxlama oyunu keçirmişdilər".

Baş məşqçi hər iki tərəfin meydanda əlindən gələni etdiyini söyləyib: "Rəqibin cərimə meydançası önündə təhlükəli vəziyyətlər yarada bilirdik. Lakin son ötürmələr dəqiq olmurdu. Bəzən də tələskən qərarlar verirdik. İkinci hissədə həm "Sabah", həm də "Selye" hücumlar edirdi. Heç nə bitməyib. Futbolçularıma çox güvənirəm. Sizə söz verirəm ki, Sloveniyada əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Sloveniyada təşkil olunacaq.

Chosen
49
50
unikal.az

10Sources