EN

Britaniya və Fransa qeyri-qanuni miqrantlara qarşı yeni plan hazırlayır

Britaniya və Fransa qeyri-qanuni miqrantlara qarşı yeni plan hazırlayır

Böyük Britaniya və Fransa, La-Manş boğazını şişmə qayıqlarla keçərək Britaniya sahillərinə çatan qeyri-qanuni miqrantların geri qaytarılması üçün pilot layihəyə başlayacaq.

AFN.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Keyr Starmer Fransa Prezidenti Emmanuel Makronla Nortvud bazasında keçirdiyi mətbuat konfransında bildirib.

Layihəyə əsasən, Birləşmiş Krallıq hər geri qaytarılan qeyri-qanuni miqranta qarşılıq, qonşu ölkədən bir qanuni miqrant qəbul edəcək. Bu şəxslər yalnız təhlükəsizlik yoxlamasından keçmiş və ölkəyə qeyri-qanuni daxil olmağa cəhd etməmiş şəxslər olacaq.

Starmer sxemin yaxın həftələrdə işə düşəcəyini bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin əvvəlindən bəri təxminən 20 min qeyri-qanuni miqrant La-Manş boğazını keçərək Britaniyaya daxil olub. Bu, ötən illərlə müqayisədə əhəmiyyətli artım deməkdir.

Chosen
26
2
afn.az

10Sources