EN

​ ABŞ Ukraynaya bəzi silah tədarükünü bərpa etdi

ABŞ Ukraynaya bəzi silah tədarükünü bərpa edib. Metbuat.az xəbər verir ki, bu barədə adının açıqlamasını istəməyən amerikalı rəsmilər “Associated Press”ə məsələnin təfərrüatlarını paylaşıblar. Rəsmilər bildiriblər ki, silah tədarükü Pentaqonun Ukraynaya bəzi tədarüklərini dayandırması barədə əmrindən sonra yenidən bərpa edilib. Onlar əlavə ediblər ki, hərbi təchizatlara 155 millimetrlik döyüş sursatları və raket sistemləri daxildir.

Qeyd edək ki, ABŞ-nin Müdafiə Nazirliyinin Ukraynaya bəzi silah tədarükünü dayandırdığı irəli sürülmüşdü. Məsələ barədə açıqlama verən Ağ Evin mətbuat katibinin müavini Anna Kelli Pentaqonun hərbi xarici yardımları yenidən nəzərdən keçirdiyini bəyan etmişdi.

Chosen
10
metbuat.az

1Sources