EN

“Meydanda baş verənlər bizim daha güclü olduğumuzu göstərdi”

Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Çelye” oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Albert Riera jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– İlk hissədə sanki komandada uyğunlaşma problemi var idi. Lakin fasilədən sonra dominant futbol oynadınız. Oyundan razısınız? 

– İlk oyundan sonra gördük ki, cütün ən yaxşı komandası bizik. Düzdür, hazırlıqdan sonra komandada yorğunluq var idi. Hesabın fərqi yoxdur, 2:2 də ola bilərdi. Meydanda baş verənlər bizim daha güclü olduğumuzu göstərdi.

– Rəqibin qollarında fərdi səhvləriniz oldu… 

– Futbolda səhvlər olur, normaldır. Əsas məsələ fərdi səhvlər yox, komandanın ideoloji oyunudur. Bundan məmnun qaldım. Səhvləri aradan qaldırmağa çalışacağıq.

– Cütün taleyinin həll olunduğunu demək olar?

– Əlbəttə, yox. Qarşıda 90 dəqiqə var. İlk oyunun nəticəsi önəmli deyil. Qələbə qazansaq da, qarşıda 90 dəqiqə var. Futbolçular meydana 0:0 kimi başlamalıdır.

– Qələbə qolunu vuran Dario Hrka haqda nə düşünürsüz? Əvəzetmədən daxil olaraq qol vurdu… 

– Oyunçunun meydana nə zaman daxil olmağı önəmli deyil. Bütün futbolçulara eyni yanaşıram. Bu qol komandanın əhval ruhiyyəsinə də yaxşı təsir edəcək. Cavab görüşündə əsas heyətdə 6-7 dəyişiklik edə bilərəm.

– Penaltilər seriyasına hazırlaşacaqsınız? 

– Hər şeyə hazırıq. Düşünmürəm ki, indidən futbolçuların beyninə bunları yeritməliyəm. Hər şeyə hazır olacağıq. Penaltilər seriyası haqda düşünmürük.

– Bu oyuna qədər Azərbaycan futbolu haqda nə düşünürdünüz və matçdan sonra nə düşünürsünüz? 

– Azərbaycanda işləməmişəm. Bu suala cavab verə bilmərəm. Komandaların geyimləri eyni idi. İlk 10 dəqiqədən sonra futbolçular meydanda çaşınlıq yaşayırdı. Qazaxıstandan olan hakimə də bu barədə bildirdim. O, işini daha yaxşı bilməlidir. Formalar oxşar idi… Qazaxıstanla Azərbaycan arasında yaxınlıq var. İstəməzdim ki, bir-birinə yaxın olan ölkələrin hakimləri belə oyunlarda olmasın. Çünki nəsə fərqli qərar ola bilərdi.

Şahin Cəfərov 

 

Chosen
20
1
futbolpress.az

2Sources