EN

KİV: Tramp Bessenti Rusiyaya qarşı “gizli silah” etmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp maliyyə naziri Skot Bessendən Rusiyaya iqtisadi təzyiqi artırmaqda əsas oyunçu kimi istifadə etmək niyyətindədir.

HİT.az bu barədə "The Telegraph"a istinadən xəbər verir. 

Nəşr hesab edir ki, Bessent qeyri-ənənəvi düşüncəsi sayəsində Vaşinqtonun Moskva ilə bağlı strategiyasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

“The Telegraph” yazır ki, Skott Bessent Çinlə “ticarət müharibəsi” zamanı artıq özünü sübut edib və onun təcrübəsi Rusiya iqtisadiyyatına təzyiqin artırılmasında faydalı ola bilər. Qəzetin yazdığına görə, cənab Trampın yeni strategiyası yumşaq yanaşmadan daha sərt tədbirlərə keçidi nəzərdə tutur.

İyulun 8-də Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinə baxmağa hazır olduğunu bəyan edib. Sənədi Lindsi Qrem və Riçard Blumenthal da daxil olmaqla ikipartiyalı senatorlar qrupu təqdim edib. Qanun layihəsi Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları və Rusiyadan neft, qaz və uran alan ölkələrin mallarına 500% idxal rüsumunu nəzərdə tutur.

Samir
 

Chosen
28
24
hit.az

10Sources