EN

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? – Valideynlər DANIŞDI – VİDEO

“Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib”.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu iddiaları 11 gün öncə yaşadığı evin eyvanından yıxılaraq ölən 20 yaşlı Könül İbrahimovanın valideynləri səsləndirirlər.

Könül İbrahimovanın valideynləri iddia edirlər ki, övladlarını həyat yoldaşı Nicat Yusifzadə ölümündən öncə də tez-tez zorakılığa məruz qoyub.

Mərhumun valideynləri iddia edirlər ki, qızları Könülü kürəkəni qəsdən eyvandan yıxaraq öldürüb.

Valideynlər bildirirlər ki, hadisə anının kamera görüntülərinə baxdıqda da müəyyən şübhələr yaranır. Çünki, övladları eyvandan düşəndən sonra Nicat Yusifzadə çox rahat şəkildə hadisə yerinə gəlir.

Mərhumun yaşadığı binanın komendantı, hadisə şahidi Nəsimi Dadaşlı da cütlüyün daim problemlərinin olduğunu iddia edib. Onun sözlərinə görə, Nicat mərhum həyat yoldaşına daim təzyiq göstərib. Hadisəni ilk görən də məhz komendant olub.

Hadisədə adı hallanan Nicat Yusifzadənin özü və yaxınları ilə əlaqə saxladıq. Nicat Yusifzadə ilə danışa bilməsək də, bacaısı və anası hadisədə onların heç bir təqsirlərinin olmadığını bildirdilər.

Məsələ ilə bağlı Baş Prokurorluqdan “Xəzər Xəbər”ə bildirildi ki, faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Chosen
22
6
nocomment.az

7Sources