EN

Ən çox şikayət edilən sığorta şirkətləri açıqlanıb - SİYAHI

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərində 5 saat çəkən görüşü baş tutub.

Avtosfer.az xəbər verir ki, görüş təkcə iki ölkənin deyil, dünyanın gündəmini zəbt edib. Belə ki, həm “əlcəzirə”, həm “Eruonews” və “Reuters”, eləcə də digər məşhur informasiya agentlikləri və televiziyalar görüşün nəticələrinin səbrsizliklə gözləndiyini vurğulayıb.

Mövzu ilə əlaqədar siyasi şərhçi Oqtay Qasımov saytımıza açıqlamasında bildirib ki, bu görüşdən əlbəttə ki, gözləntilər var idi, amma bu çox yüksək maksimalist gözləntilər deyildi. Gözləntilər ondan ibarətdir ki, tərəflər ilk dəfə olaraq geniş tərkibli həyətlə görüşdülər. Bu onu göstərir ki, tərəflər sülh sazişinin mətnini razılaşdırandan sonra digər məsələlərlə bağlı da geniş və əhatəli bir müzakirə aparıblar:

“Görüşün 5 saatdən artıq davam etməsi də bunu göstəricidir və yayılan məlumatlar da onu göstərir ki, tərəflər bir çox məqamlarda ortaq fikirləri uzlaşdırıblar. Digər məsələlərlə bağlı da həm işçi qrup, həm də yüksək səviyyədə görüşlərin keçilməsi bundan sonra da qərar alınıb. Gözləntilərdən biri Zəngəzur dəhlizin açılması ilə bağlı idi. Görülən odur ki, bu məsələ ilə də bağlı ətraflı müzakirə olub və bir çox məqamlarda mövqelər yaxınlaşdırılıb. Zəngəzur dəhlizinin açılması kifayət qədər ciddi bir məsələdir. Bu, böyük bir geopolitik dəyişiklər deməkdir. Cənubi Qafqazın nəqliyyat xabına çevrilməsi kimi bunu dəyərləndirmək olar. Bu nəqliyyat dəhlizinin açılması bütün ölkələrin - həm region, həm də regiondan xaric ölkələrin marağına xidmət edən bir hadisə olardı.

Zəngəzur dəhlizinin açılması Azərbaycanın Naxçıvana, o cümlədən Türkiyənin Orta Asiyaya çıxışını çox rahatladardı. Ermənistanın həm Şərq, həm Qərbə qapısının açılması demək olacaq”.

Oqtay Qasımov vurğulayıb ki, bütün bunlar ümumən çox qlobal qlobal məsələlərdir.

“Zəngəzur dəhlizinin, əlbəttə ki, açılması ilə bağlı müəyyən maraqlar da var ki, bunların içərisində Rusiyanın maraqları xüsusi olunmalıdır. Belə ki, Üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya verilməsi nəzarətə tutulurdu. Amma Ermənistan bununla razılaşmır və bu mövqeyindən ilə geri çəkilir. Görünən odur ki, Ermənistan daha çox bu dəhlizin Ermənistan suverenliyi altında, Qərb şirkətlərinin, Amerikanın nəzarətində olmasında maraqlıdır. Əlbəttə ki, bu məsələdə Azərbaycanın mövqeyi öyrənilməlidir.

Doğrudur, Azərbaycan bu dəhlizdən keçidin təhlükəsiz və sadələşdirilmiş formada olmasını istəyir. Bütün hallarda, Ermənistanda çox güman ki, bu məsələdə Azərbaycanın şərtlərini qəbul edəcək. Həm Azərbaycanın şərtləri qəbul olunacaq, eyni zamanda Ermənistanda suverenlik məsələsi öz həllini tapacaq.

Zəngəzur dəhlizinin Rusiyasız açılması, yəni Rusiyanın nəzarətində olmadan açılması, əlbəttə ki, Rusiyanı xeyli dərəcədə narahat edir və buna qarşı əngəl qoymağa da çalışacaq. Ermənistanda baş verənlər bunun sübutudur, həm də Azərbaycana edilən təzyiqlər də məhz bu amildən qaynaqlanır. Amma düşünmürəm ki, Rusiyanın artıq o təsir rıçaqları əlində qalıb”.

Siyasi şərhçi son dövrlərdə Rusiyanın dəhliz və iki ölkə arasındakı sülh mövzusuna təsir imkanlarına toxunarkən bildirib ki, artıq Federasiyanın Azərbaycana təsir imkanları minimum səviyyədədir. Ermənistana təsir imkanları isə ciddi şəkildə azalıb. Paşinyanın son bir ayda Ermənistanda həyata keçirdiyi tədbirlər nəticəsində Rusiyayönlü müxalifət də çox zəiflədilib. Əslində, Rusiyanın özünün imperiyapərəst avantürist siyasəti ona gətirib çıxardı ki, 40 ilə yaxın bir-birilərilə münaqişə vəziyyətində olan Azərbaycan və Ermənistan hal-hazırda Rusiyanın mövqeyinə qarşı birgə mövqe sərgiləyirlər.

Səfər

Chosen
18
avtosfer.az

1Sources