EN

Dolların rəsmi məzənnəsi 78 rubldan aşağı düşdü

Rusiyada dolların rəsmi məzənnəsi 78 rubldan aşağı düşüb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Bankı məlumat yayıb.

Tənzimləyicinin rəhbərliyi Amerika valyutasının məzənnəsini 77,9 rubl səviyyəsində müəyyən edib.

Müqayisə üçün bildirək ki, cümə axşamı, 10-da məzənnə 78,17 rubl təşkil edib. Belə ki, dolların rəsmi məzənnəsi 27 qəpik aşağı salınıb. Avropa valyutasının məzənnəsi isə əksinə, təxminən 8 qəpik - 91,42 rubldan 91,5 rubla qaldırılıb. Çin yuanının məzənnəsi isə öz növbəsində 3 qəpik aşağı salınıb - 10,85-dən 10,82 rubla.

Chosen
21
2
publika.az

3Sources