EN

“Zebra”da piyadalara yol verən motosikletçiyə siqnal verdilər, TƏNQİD OLUNDULAR VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Parlament prospektində baş verən hadisə bir daha yol hərəkəti iştirakçılarının məsuliyyətsizliyini gündəmə gətirib. Motosiklet sürücüsünün quraşdırdığı videoregistratora  düşən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı motosiklet sürücüsü piyada keçidinə yaxınlaşarkən, keçiddə gözləyən vətəndaşları görüb dərhal saxlayır və onlara yol verir. Lakin arxadan gələn minik avtomobilinin sürücüsü bu davranışı anlayışla qarşılamır və siqnal verərək narazılığını bildirir. Piyada isə yanında azyaşlı uşağın olduğunu deyərək, qorxu və tələsik şəkildə yolu keçməyə çalışır. Piyadaların tam keçməsini gözləmədən həmin avtomobil sürücüsü hərəkətə davam edir və bu davranışı ilə həm piyadanın, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır.

Qeyd olunan görüntülər sosial şəbəkələrdə geniş yayılaraq, ictimai qınaq obyektinə çevrilib. İstifadəçilər sürücünün bu cür məsuliyyətsiz hərəkətini kəskin tənqid edərək bildiriblər ki, yol hərəkəti qaydalarına əsasən, sürücülər piyada keçidində piyadalara tam və təhlükəsiz şəkildə keçmək üçün şərait yaratmalıdırlar.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə əsasən, gər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.

Hadisə bir daha göstərdi ki, sürücülərin bir qismi yol hərəkəti qaydalarına əməl etməklə yanaşı, humanistlik və anlayış nümayiş etdirməyə də məsuliyyətli yanaşmır. Halbuki bu cür halların qarşısını almaq, təhlükəsiz və mədəni yol hərəkətinin təmin olunmasında hər kəsin rolu vacibdir.

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
avtosfer.az

1Sources