
Kişinyov Rayon Məhkəməsi Qaqauz Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun ev dustaqlığının daha 30 sutka uzadılması ilə bağlı prokurorların vəsatətini təmin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Qutsulun vəkili Nataliya Bayram bu qərara Apellyasiya Palatasında etiraz edəcəyini bildirib. O hesab edir ki, hakimə təzyiq edilib. Bayram izah edib ki, iclasda hakimə İnformasiya və Təhlükəsizlik Xidmətinin rəisinin məktubu təqdim olunub:
“Məktubda konkret heç bir şey yoxdur. Lakin biz bunu hakimin qərarına təzyiq cəhdi kimi qiymətləndiririk. Prokuror bu məktubu hansı məqsədlə gətirib? Qorxuzmaq üçün. Qorxuzdular”.
Xatırladaq k, Qutsul martın 28-dən həbsdədir. O, martın 25-də rusiyayönlü “Şor” siyasi partiyasına qarşı iş çərçivəsində saxlanılıb. O, mütəşəkkil cinayətkar qrupun tərkibində siyasi partiyanı və seçkiyə namizədi qanunsuz olaraq maliyyələşdirməkdə ittiham olunur.