EN

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib.

APA xəbər verir ki, Sosial Xidmətlər Agentliyi sədrinin müavini Zaur İbrahimov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana gətirilən ukraynalı uşaqlar Bakıda təşkil olunmuş düşərgədə sosioloji reabilitasiyaya cəlb olunacaqlar. Onlar eyni zamanda, Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar və onlara peşəkar konsultasiya xidməti göstəriləcək.

Bu proqram 10 gün davam edəcək.


O bildirib ki, proqram çərçivəsində uşaqlar ölkəmizin müxtəlif bölgələrinə səfər edəcək: "Son illərdə müharibədən əziyyət çəkən 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək müxtəlif reabilitasiya proqramlarına cəlb olunub. Onların arasında valideynlərini itirən və müxtəlif travmalar yaşamış uşaqlar var".

Chosen
20
3
apa.az

10Sources