EN

Bu küçədə sürücülər kefləri istədiyi kimi hərəkət edir; hər cür təhlükə yaradırlar VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində kütləvi şəkildə qayda pozan sürücülər avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz mənzərə iyulun 4-də səhər saatlarında qeydə alınıb. Videodan da göründüyü kimi, önündəki avtomobili ötməyə çalışan 77-UV-765 dövlət nömrə nişanlı “Opel” markalı maşının sürücüsü öncə onun sağ tərəfinə, ardınca sol tərəfinə keçərək onu yol boyu sıxışdırıb və qəza şəraiti yaradıb.

Bir müddət sonra 15-BL-182 dövlət nömrə nişanlı “Lada” markalı maşının sürücüsü də eyni qaydanı pozub. Bununla kifayətlənməyən sürücülər digər nəqliyyat vasitələrini ötmək üçün hətta yol çiyninə çıxaraq hərəkət ediblər.

Onlardan geri qalmayan 77-RP-439 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymadan yolayırıcına daxil olaraq təhlükə yaradıb.

77-RO-971 dövlət nömrə nişanlı “BYD” markalı maşının sürücüsü isə əks istiqamətli yola çıxaraq digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Qeyd edək ki, sözügedən küçədə sürücülr mütəmadi olaraq qayda pozurlar.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
avtosfer.az

1Sources