EN

Ərgüc Kələntərli kimdir? BMMT nin baş katibi seçilən İLK AZƏRBAYCANLI

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, bu gün tarixdə ilk dəfə olaraq Azərbaycan təmsilçisi Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) baş katibi seçilib.

Lent.az xəbər verir ki, BMMT-nin Bakıda keçirilən sessiyasında yeni baş katib postuna seçkilər keçirilib.

Səsvermənin nəticəsinə əsasən, Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi, polkovnik Ərgüc Kələntərli yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib. 

Baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv 4 ölkə – Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparıb.

Beynəlxalq Mülki Müdafiə Təşkilatı nə vaxt yaranıb? 

Beynəlxalq Mülki Müdafiə Təşkilatı 1931-ci ildə Fransada yaradılıb, lakin müasir formada və hüquqi statusla 1972-ci ildə BMT tərəfindən tanınıb.

Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yaradılan təşkilatın məqsədi təbii və texnogen fəlakətlər zamanı mülki əhalinin qorunmasını təmin etmək, dövlətlər arasında mülki müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək, fəlakətlərin qarşısının alınması, onların nəticələrinin azaldılması və cavab tədbirləri üzrə ölkələrə texniki, hüquqi və maarifləndirici dəstək göstərmək, həmçinin, mülki müdafiə strukturlarını gücləndirmək və milli səviyyədə risklərin idarə olunmasına yardım etməkdir.

Təşkilata 50-dən çox ölkə üzv və müşahidəçi kimi qoşulub. Azərbaycan da 1993-cü ildən bu təşkilatın üzvüdür.

Qeyd edək ki, bu gün təşkilatın yeni baş katibi seçilmiş Ərgüc Kələntərli təşkilatın tarixində bu vəzifəyə seçilmiş ilk azərbaycanlıdır.

Ərgüc Kələntərli kimdir?

Ərgüc Asif oğlu Kələntərli 1981-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Dillər Universitetinin Filologiya (ingilis dili), Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

2003-2004-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. 

Əmək fəaliyyətinə 2005-ci ildə Dövlət Gömrük Komitəsinin Xarici əlaqələr idarəsinin böyük inspektoru kimi başlayıb. 2006-cı ildə Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsində şöbə rəisi, 2007-ci ilin yanvar ayında həmin idarənin rəis müavini təyin olunub, 2007-ci ilin oktyabr ayından son təyinata qədər Beynəlxalq əlaqələr idarəsinin rəisi vəzifəsində çalışıb. 

Azərbaycan hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyası çərçivəsində yaradılmış Sərmayə üzrə Birgə İşçi Qrupunun rəhbəri və Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən əlaqələndiricisi kimi fəaliyyət göstərir. İngilis və rus dillərini sərbəst bilir.

Nümunəvi fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
lent.az

1Sources