EN

DİN-də prokurorluq və polis orqanların əməkdaşlarından ibarət birgə işçi qrupun fəaliyyəti yüksək qiymətləndirilib

Bakı. Trend:

Daxili İşlər Nazirliyində 2025-ci ilin birinci yarımilinə dairəməliyyat-xidməti fəaliyyətin yekunları və qarşıda duran vəzifələrəhəsr olunmuş Kollegiya iclasında müzakirə olunan əsas məsələlərdənbiri də əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasıistiqamətində görülən işlər olub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə müşavirədəBaş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən yaradılmışbirgə işçi qrupun fəaliyyəti xüsusi vurğulanıb.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildiribki, prokurorluq və polis əməkdaşlarından ibarət bu qrupun həyatakeçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri konkretnəticələr verib, cinayətlərin, xüsusilə ağır və xüsusilə ağırkateqoriyadan olanların açılması sahəsində əhəmiyyətliirəliləyişlər əldə olunub.

Qeyd olunub ki, bu fəaliyyət nəticə etibarilə qanunçuluğunmöhkəmləndirilməsinə, vətəndaşların hüquq və mənafelərininqorunmasına, eyni zamanda cinayətkarlıqla mübarizəninsəmərəliliyinin artırılmasına mühüm töhfə verib.

Bu istiqamətdə görülən işlər hüquq-mühafizə orqanları arasındaeffektiv koordinasiya və qarşılıqlı fəaliyyətin mühüm nümunəsi kimiqiymətləndirilib.

Chosen
47
7
az.trend.az

8Sources