Böyük Britaniya və Ukrayna arasında hava hücumundan müdafiə (HƏM) sistemləri üçün raketlərin tədarükünə dair razılaşma imzalanıb. Razılaşmaya əsasən, Britaniyanın Thales şirkəti Ukrayna üçün 5000 ədəd zenit raketi istehsal edəcək.
Bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, razılaşma iyulun 10-da Romada keçirilən Ukraynanın bərpası üzrə beynəlxalq konfrans çərçivəsində imzalanıb.
Razılaşma 19 il müddətində davam edəcək və 3 milyard dollardan artıq zəmanətli maliyyələşdirməni əhatə edəcək. Raketlərin istehsalı Böyük Britaniyada həyata keçiriləcək.
//Samir Qurbanov, Editor.az